Paytaxtın Nəsimi və Yasamal rayonunda avaraçılıq və dilənçiliklə məşğul olan 12 nəfər saxlanılmışdır
11.09.2008Nəsimi RPİ əməkdaşları tərəfindən, rayon ərazisində avaraçılıq və dilənçiliklə məşğul olan 5 nəfər (2-si qadın, 3-ü isə azyaşlı) saxlanılmış və Bakı Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə göndərilmişlər.
Çevik Polis Alayı və Yasamal RPİ əməkdaşları tərəfindən, rayon ərazisində avaraçılıq və dilənçiliklə məşğul olan 7 nəfər (6-sı qadın, 1-i isə azyaşlı) saxlanılmış və Bakı Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə göndərilmişlər.