Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Məhəlləsində yerləşən marketdən oğurladığı spirtli içki və tütün məhsullarını başqa mağazada satan şəxs saxlanıldı

19.02.2026

Paytaxtın Xəzər rayonunun Qala qəsəbəsində yerləşən mağazaların birindən 2000 manat dəyərində spirtli içki və tütün məhsulları oğurlanıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əvvəllər dəfələrlə məhkum olunmuş 52 yaşlı R.Rzayev şübhəli şəxs qismində müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs taladığı marketin yaxınlığında yaşayır və mütəmadi olaraq həmin obyektdən alış-veriş etdiyi üçün satıcıların ona diqqət yetirməyəcəkləri qənaətinə gəlib. R.Rzayev hissə-hissə məhsulları oğurladıqdan sonra yaxınlıqda yerləşən başqa bir mağazaya apararaq orada ucuz qiymətə satıb. Həmçinin R.Rzayevin üzərindən psixotrop maddə metamfetamin də aşkarlanaraq götürülüb.  
Fakt üzrə araşdırmalar aparılır.

19.02.2026 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 77 cinayətin açılması təmin olunub 19.02.2026
  • Zərərçəkənin kirayə yaşadığı evindən pul və qızıl oğurlayan şəxs saxlanıldı 19.02.2026
  • Çalışdıqları şirkətin anbarından 10 min manatlıq oğurluq edən şəxslər saxlanıldı 19.02.2026
  • Restoranda rəfiqəsi ilə nahar edəndən sonra onun qızıllarını oğurlayan şəxs saxlanıldı 19.02.2026
  • Məhəlləsində yerləşən marketdən oğurladığı spirtli içki və tütün məhsullarını başqa mağazada satan şəxs saxlanıldı 19.02.2026
  • İtkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 19.02.2026
  • Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib 19.02.2026
  • Ümumi çəkisi 44,3 kiloqrama yaxın narkotik vasitə və 1064 ədəd güclü təsiredici xassəyə malik həb götürülüb 19.02.2026
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 19.02.2026
  • DİN BNMİ-nin əməliyyatı zamanı 25 kiloqram narkotik vasitə aşkarlanıb 19.02.2026
  • Sosial şəbəkələrdə narkotik vasitələr satan şəxslər saxlanılıblar 19.02.2026