Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Kiberpolis sosial şəbəkələrdə 150-dən artıq şəxsi səhifəyə müdaxilə edən hakeri saxladı

14.01.2026

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) sosial şəbəkələrdə müxtəlif şəxslərin profillərinin oxşarını yaradaraq onların dostluğunda olan vətəndaşlara banklar adından həqiqətə uyğun olmayan informasiyalar göndərilməsi və bu yolla çoxsaylı onlayn dələduzluqlar edilməsi barədə məlumatlar daxil olub.
Həyata keçirilən əməliyyat-texniki tədbirlərlə qeyd edilən qanunsuz əməlləri törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 23 yaşlı Zaur Teymurxanov kiberpolis tərəfindən saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, Z.Teymurxanov sosial şəbəkələrdə istifadəçilərin profil şəkillərini əldə edərək onların adlarına oxşar saxta hesablar yaradıb. Daha sonra həmin şəxslərin dost siyahısında olan istifadəçilərə yazaraq guya “bank kampaniyalarının keçirildiyi, yüksək məbləğdə pul mükafatı qazanmaq imkanı olduğu və kampaniyanın başa çatmasına az vaxt qaldığı” barədə mesajlar göndərərək onların kart məlumatlarını əldə edib. Zərərçəkən şəxslər məlumatları və telefonlarına göndərilmiş “OTP” təhlükəsizlik kodlarını təqdim etdikdən sonra kartlardakı vəsait Z.Teymurxanov tərəfindən ələ keçirilib. O, sonradan şəxsiyyətini gizlətmək üçün taladığı pulları xarici onlayn alış-veriş resursları və elektron platformalara yönləndirib. Araşdırmalarla Z.Teymurxanovun 150-yə yaxın vətəndaşa maddi ziyan vurduğu məlum olub.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb, Z.Teymurxanov istintaqa cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Vətəndaşlara bir daha müraciət edərək bildiririk ki, bank əməkdaşları və ya digər qurumlar tərəfindən heç bir halda kart məlumatları, “PIN, “OTP” və bu kimi digər təhlükəsizlik kodları tələb edilmir. Belə müraciətlərlə qarşılaşan şəxslərə dərhal əlaqəni dayandırmaq, mesajları cavabsız saxlamaq və polisə məlumat vermək tövsiyə olunur.

Youtube linki - https://www.youtube.com/watch?v=ZgAOikbnEd4

 

14.01.2026 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 54 cinayətin açılması təmin olunub. 14.01.2026
  • İtkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 14.01.2026
  • Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib 14.01.2026
  • Ümumi çəkisi 4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 14.01.2026
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 14.01.2026
  • Qusarda narkotiklərin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib 14.01.2026
  • Kiberpolis sosial şəbəkələrdə 150-dən artıq şəxsi səhifəyə müdaxilə edən hakeri saxladı 14.01.2026