Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Taksi sürücüsünün marketə getməsini fürsət bilib avtomobildən oğurluq edən sərnişin saxlanıldı

29.12.2025

Paytaxtın Qaradağ rayonunda oğurluq hadisələri baş verib. Ələt qəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olan şəxsin “Mitsubishi” markalı avtomobilindən 1060 manat pulu talanıb. Bu barədə zərərçəkmiş polis orqanına məlumat verib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində 24 yaşlı R.Hacıyev şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalarla onun sərnişin qismində taksiyə əyləşdiyi və yolda sürücünün avtomobili saxlayıb marketə getməsindən sui-istifadə edərək saxlanc yerində olan pul kisəsindən oğurluq etdiyi məlum olub.
Rayon ərazisində keçirilən digər tədbir zamanı isə Lökbatan qəsəbəsində yerləşən mağazaların birindən müxtəlif tarixlərdə oğurluq etməkdə şübhəli bilinən 24 yaşlı F.Babaxanov da müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.

29.12.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 35 cinayətin açılması təmin olunub 29.12.2025
  • Bakıda 27 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb 29.12.2025
  • Sosial şəbəkələrdə narkotik vasitələri təbliğ edən şəxs həbs edildi 29.12.2025
  • Abşeron və Yasamal rayonunda oğurluq edən şəxslər saxlanılıblar 29.12.2025
  • Taksi sürücüsünün marketə getməsini fürsət bilib avtomobildən oğurluq edən sərnişin saxlanıldı 29.12.2025
  • Ötən gün pirotexniki vasitələr satan 12 nəfər saxlanılıb 29.12.2025
  • Keçmişdə işlədiyi ofisdən 6000 manatlıq oğurluq edən şəxs saxlanıldı 29.12.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 29.12.2025
  • Axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib 29.12.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir 29.12.2025