Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Kiberpolis Qarabağ–Ayaks oyununa qanunsuz bilet satışına  qarşı əməliyyat keçirib

09.12.2025

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) dekabrın 10-da Çempionlar Liqasının növbəti mərhələsində Tofiq Bəhramov adına stadionda keçiriləcək “Qarabağ”–“Ayaks” futbol oyununun biletlərinin qeyri-qanuni satışına qarşı növbəti əməliyyat-texniki tədbir keçirib. 

Biletləri əvvəlcədən onlayn qaydada və satış məntəqələrindən əldə edib, daha sonra sosial şəbəkələrdə müxtəlif səhifələrdə, eləcə də “qara bazar”da dəyərindən daha artıq qiymətə satmaq istəyən Şahin Məmmədov və Hüseyn Quliyev saxlanılıblar. Həmin şəxslər barəsində qanunamüvafiq tədbir görülüb.

Bir daha idman yarışlarını stadionda izləmək istəyən vətəndaşlara biletləri yalnız rəsmi satış nöqtələri, eləcə də onlayn qaydada QR və ya elektron bilet sifarişi verməklə əldə etməyi tövsiyə edirik. 
Qeyd edək ki, sosial şəbəkələrdə saxta bilet satışı ilə bağlı dələduzluq halları ilə üzləşən şəxslər bu barədə polisə məlumat verə bilərlər.

Youtube linki - https://www.youtube.com/watch?v=iHhGR75PnSA

 

09.12.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 48 cinayətin açılması təmin olunub 09.12.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 17 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 09.12.2025
  • Dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib 09.12.2025
  • Ümumi çəkisi 1,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb 09.12.2025
  • Kiberpolis Qarabağ–Ayaks oyununa qanunsuz bilet satışına  qarşı əməliyyat keçirib 09.12.2025