Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Evlərdən elektrik naqili və velosiped oğurlayanlar saxlanıldı

30.11.2025

Paytaxtın Qaradağ rayonunda oğurluq hadisəsi baş verib. Naməlum şəxslər gecə saat 04 radələrində Müşfiqabad qəsəbəsində yerləşən evlərin birindən 800 manat dəyərində elektrik naqilini talayıblar.
Polis əməkdaşlarının keçirdikləri tədbirlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən 26 yaşlı A.Səfərov və 35 yaşlı T.Kərimov saxlanılıblar.
Binəqədi rayonunda isə müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşların evlərinin qarşısındakı saxlanc yerindən ümumi dəyəri 990 manat olan 3 ədəd velosipedi oğurlamaqda şübhəli bilinən, əvvəllər dələduzluq və narkotiklə bağlı əməllərinə görə məhkum olunmuş 47 yaşlı Ə.Qurbanov da tutulub.
Faktlar üzrə araşdırmalar davam etdirilir.

 

30.11.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması təmin olunub 30.11.2025
  • Evlərdən elektrik naqili və velosiped oğurlayanlar saxlanıldı 30.11.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 30.11.2025
  • Dələduzluğa görə axtarışda olan 17 nəfər saxlanılaraq istintaqa təhvil verilib 30.11.2025
  • Noyabrın 29-da və 30-da ümumi çəkisi 14 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 30.11.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 30.11.2025