Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Tovuz rayon sakini T.Quliyev Lökbatan qəsəbəsi ərazisindəki "Binə" ticarət mərkəzindən 5300 metr uzunluğunda kabeli oğurlamağa cəhd göstərərkən tutulmuş

31.08.2008

   DİN Baş Mühafizə İdarəsi və Qaradağ RPİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 1-nə keçən gecə, Lökbatan qəsəbəsi ərazisindəki "Binə" ticarət mərkəzinin anbarının tavanını sındırmaq yolu ilə 5300 metr uzunluğunda kabeli oğurlamağa cəhd göstərərkən Tovuz rayon sakini Tahir Quliyev rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən tutulmuş, İkram adlı şəxs isə hadisə yerindən qaçmışdır.