Ümumi çəkisi 22,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
27.11.2025Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 27-də ümumi çəkisi 22,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,9 kiloqramdan artıq heroin, 10,5 kiloqrama yaxın marixuana və 4,9 kiloqrama yaxın metamfetamin olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.