Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nəsimi rayonu ərazisində S.Bayramova məxsus mağazadan talama yolu ilə 1 ədəd mobil telefonu alıb hadisə yerindən getmiş şəxslər tutulmuşdur

30.08.2008

   Nəsimi rayonu ərazisində, 2 naməlum şəxs Səxavət Bayramova məxsus "Bakcell-Elma" mağazasına gəlib açıq talama yolu ilə 1 ədəd mobil telefonu alıb "Mercedes" markalı avtomaşında hadisə yerindən getmişdir. Cinayəti törətmiş Ağdam rayon sakinləri Zahid Qarayev və Ruslan Məmmədov hadisə yerinin yaxınlığında xidmət aparan Nəsimi RPİ əməkdaşları tərəfindən tutulmuşlar. Cinayətkarlar tutularkən, Sulutəpə qəsəbə sakini Malik Qədirov polis əməkdaşlarına maneçilik törətmişdir. M.Qədirov da tutulmuşdur.