Qazax rayon sakini E.Xudiyeva narkotik vasitəni könüllü olaraq polisə təhvil vermişdir
30.08.2008DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Qazax RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çaylı kənd sakini Elnarə Xudiyeva 26,13 qram marixuananı könüllü olaraq polisə təhvil vermişdir. E.Xudaverdiyevaya narkotik vasitəni satmış həmkəndlisi Məmməd Məmmədov tutulmuşdur.