Azər Məmmədovu bıçaqla hədələyərək pul verməsini tələb etmiş Mehman Ağayev tutulmuşdur
28.08.2008Nərimanov rayonundakı Ə.Əliyev küçəsində naməlum şəxs 315№-li marşrutda işləyən "Mercedes" markalı avtobusun sürücüsü, Bakı şəhər sakini Azər Məmmədovu bıçaqla hədələyərək pul verməsini tələb etmişdir. Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş şəhər sakini Mehman Ağayev tutulmuşdur.