Toğrul Aydınlını bıçaqla hədələyərək mobil telefonunu və 51 manat pulunu ondan almış, Mürvət Orucov tutulmuşdur
28.08.2008Avqustun 28-də Nəsimi rayonundakı H.Əliyev küçəsidə naməlum şəxs, Bakıxanov qəsəbə sakini Toğrul Aydınlını bıçaqla hədələyərək mobil telefonunu və 51 manat pulunu ondan almışdır. Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş Xırdalan şəhər sakini Mürvət Orucov tutulmuşdur.