Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
27.08.2008Saat 09.30 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini, Möhlət Ələsgərov "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə M.Ələsgərov və sərnişini Zamiq Quliyev hadisə yerində ölmüşlər. Araşdırmalar zamanı avtomaşının Abşeron rayon sakini Qismət Məcidova məxsus olması və avqustun 27-də Pirşağı qəsəbəsi ərazisindən qaçırılması müəyyən edilmişdir. RPİ tərəfindən araşdırmalar aparılır.