Yasamal rayonu ərazisində inşa edilən binada fəhlə işləyən E.Yekayev elektrik cərayanı vurması nəticəsində ölmüşdür
27.08.2008Saat 15.30 radələrində Yasamal rayonunun Ü.Bünyadzadə küçəsindəki "Natiq" İnşaat MMC tərəfindən inşa edilən 12 mərtəbəli binada fəhlə işləyən Balakən rayon sakinləri Elnur Yekayev və Əhməd Bağmanovu elektrik cərayanı vurmuşdur. Nəticədə E.Yekayev hadisə yerində ölmüşdür.