DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
27.08.2008Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Əzizbəyov RPİ əməkdaşları Bakı şəhər sakini Nəriman Nərimanovdan 82,441 qram heroin, Şirvan ŞPŞ əməkdaşları şəhər sakini Dilavər Orucovdan 0,165 qram və Telman Bağırovdan 0,174 qram heroin götürmüşlər.
İyulun 7-də Biləsuvar RPŞ əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Əli Məmmədovun və Afət Şirinovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Aşağı Cüyərli kəndi ərazisində 2,5 kiloqram həşişi gizlətmələri aşkar olunaraq götürülmüşdür. Hacıqabul RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pirsaat kənd sakini Hüseynbala Dadaşovun həyatyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 154,2 qram olan 14 ədəd çətənə kolu, yaşadığı evə baxış zamanı 654,7 qram marixuana, 3,48 qram həşiş və 33,75 qram kənaf bitkisi aşkar edilərək götürülmüşdür. Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini İntiqam Qasımovdan 6,22 qram marixuana götürülmüşdür. Ona narkotik vasitəni satmış, həmkəndlisi Gəray Abbasov tutulmuş və onun idarə etdiyi "VAZ-2107" markalı avtomaşına baxış zamanı 7,13 qram marixuana aşkar edilmişdir.