Ümumi çəkisi 19,6 kiloqramdan artıq narkotik vasitə və 229 ədəd çətənə kolu götürülüb
25.06.2025Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 25-də ümumi çəkisi 19,6 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 229 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 5,7 tondan artıq çəkidə 19200 ədəd çətənə və xaşxaş kolları aşkar olunaraq məhv edilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.