Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Polis iki avtomobildən avtomat silahları və patronlar aşkarladı – könüllü təhvil də var

06.06.2025

Daxili İşlər Nazirliyi tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində əməliyyat-profilaktik tədbirlər davam etdirilir.

Növbəti tədbirlər çərçivəsində 5 nəfər 3 avtomat silahı, 2 tapança, 1 patron darağı və 12 ədəd patronu könüllü şəkildə polis orqanlarına təhvil verib.

Bundan başqa, paytaxt sakinləri tərəfindən idarə olunan “Changan” və “Toyota” markalı avtomobillərdə aparılan yoxlamalar zamanı 2 avtomat silahı və 15 ədəd patron aşkarlanaraq maddi sübut kimi götürülüb.

Araşdırmalar zamanı həmin şəxslərdən birinin borclu şəxs qismində axtarışda olduğu da müəyyən edilib. 
Faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.

Qeyd edək ki, qanunsuz silah saxlamaq cinayət məsuliyyəti yaradır, lakin könüllü təhvil verən şəxslərə qarşı cəza tədbiri tətbiq edilmir.

06.06.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub 06.06.2025
  • Polis iki avtomobildən avtomat silahları və patronlar aşkarladı – könüllü təhvil də var 06.06.2025
  • Paytaxt ərazisində oğurluq edən 4 şəxs saxlanılıb 06.06.2025
  • Nəsimi rayonunda polis 3 kiloqramdan artıq narkotik vasitə aşkarlayıb 06.06.2025
  • Yasamal rayonunda polis 2 kiloqramdan artıq marixuana aşkarlayıb 06.06.2025
  • Nəsimi rayonunda avtomobil qaçıran şəxs saxlanılıb 06.06.2025
  • Sabunçu rayon ərazisində yerləşən evlərin birindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar 06.06.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 06.06.2025
  • Əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan şəxslər saxlanılaraq istintaqa təhvil verilib 06.06.2025
  • Əməliyyat tədbirləri ilə narkotik maddələr aşkar olunaraq məhv edilib 06.06.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir 06.06.2025