Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sosial şəbəkələrdə aldanıb narkokuryer oldular – polis ifşa etdi

04.06.2025

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçiriblər.

Əməliyyat tədbirləri nəticəsində narkokuryerlik fəaliyyəti ilə məşğul olan paytaxt sakinləri – əvvəllər məhkum olunmuş 43 yaşlı İlyas Hüseynzadə, 32 yaşlı İlkin Əliyev, 49 yaşlı Fəxrəddin Kazımov, 31 yaşlı Gülağa Cəfərov, 32 yaşlı Nərgiz Quliyeva, 57 yaşlı Şirzad Şirinov və 39 yaşlı Anar Yusifov saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar.

Onlardan ümumilikdə 18 kiloqram narkotik vasitə – heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

İlkin istintaq zamanı şübhəli şəxslər ifadələrində narkokuryerliyə sosial şəbəkələr vasitəsilə tanış olduqları İran vətəndaşları tərəfindən cəlb edildiklərini və bu fəaliyyətə yüksək məbləğdə pul vədi ilə razı olduqlarını bildiriblər.

Qeyd edək ki, Sabunçu RPİ-nin əməkdaşları tərəfindən ilin əvvəlindən bu günə qədər keçirilən əməliyyatlar zamanı qanunsuz dövriyyədən cəmi 56 kiloqram narkotik vasitə çıxarılıb.

Faktlarla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir. 

Qanunsuz narkotik dövriyyəsinə qarşı mübarizə qətiyyətlə davam etdirilir.


Youtube linki - https://www.youtube.com/watch?v=wFcdllAOg-s

 

04.06.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 67 cinayətin açılması təmin olunub 04.06.2025
  • Paytaxt ərazisində silah-sursat aşkarlandı 04.06.2025
  • Nəsimi rayonunda polis 2 kiloqrama yaxın heroin aşkarlayıb 04.06.2025
  • Bakı və Sumqayıt şəhərlərində oğurluq edən 3 şəxs saxlanılıb 04.06.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 04.06.2025
  • Dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib 04.06.2025
  • Ümumi çəkisi 4,9 kiloqrama yaxın narkotik vasitə götürülüb 04.06.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 04.06.2025
  • Narkotrafik ifşa olundu – Bakıda iki nəfər tutuldu, 10 kq narkotik götürüldü 04.06.2025
  • Sosial şəbəkələrdə aldanıb narkokuryer oldular – polis ifşa etdi 04.06.2025