Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

23.08.2008

   Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Asif Hüseynovdan 0,228 qram heroin götürülmüşdür.    Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Bəybala Hüseynovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 6 kiloqram olan 1 ədəd çətənə kolu,  evinə baxış zamanı  isə oradan 1018 qram marixuana aşkar edilərək götürülmüşdür.