Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xətai rayonunun M.Rüstəmov küçəsində partlayıcı maddənin partlaması nəticəsində 2 nəfər ölmüş, 3 nəfər xəsarət almışdır

21.08.2008

   Xətai rayonunun M.Rüstəmov küçəsindəki elekrotransformator qoyulması üçün nəzərdə tutulmuş tikilinin boş hissəsinin giriş qapısı, oraya təmir işləri aparmağa gəlmiş Bakı Elektrikşəbəkə ASC-nin elektrikləri tərəfindən açılarkən, qapının arxasına bağlanmış, kustar üsulla hazırlanmış partlayıcı maddə partlamışdır. Nəticədə Bakı şəhər sakinləri Kamal Bayramov və Elmar İmanov hadisə yerində ölmüş, xəsarət almış Cəsur Məmmədov xəstəxanaya yerləşdirilmiş, Pərviz Seyidov və Ramin Qurbanova ilkin tibbi yardım göstərildikdək sonra buraxılmışlar. Xətai RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.