Sabunçu rayon sakinləri Elçin Əliyevə və Şəmsail Əliyevə bıçaqla xəsarət yetirmiş Elşən Mehdiyev tutulmuşdur
21.08.2008Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində qəsəbə sakini Elşən Mehdiyev münaqişə zəminində həmyerliləri Elçin Əliyevə və Şəmsail Əliyevə bıçaqla xəsarət yetirmişdir. Onlar xəstəxanaya yerləşdirilmişlər. E.Əliyev orada ölmüşdür. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Mehdiyev tutulmuşdur.