Sumqayıtda dələduzluqla 92 min manat maddi vəsait ələ keçirən şəxs saxlanılıb
18.05.2025Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vuran 35 yaşlı G.Güləliyev saxlanılıb.
O, topdan mobil telefon satmaq adı ilə yalan vədlər verərək həmin şəxslərin ümumilikdə 92 min manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, şəhər sakini olan daha bir nəfər də polisə müraciət edərək dələduzluqla üzləşdiyini bildirib. Keçirilən tədbirlərlə zərərçəkənə 10 min manat maddi ziyan vurmuş 40 yaşlı R.Aslanov da saxlanılıb.
Araşdırmalar aparılır.