Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİN BNMİ-dən növbəti əməliyyat- 17 kq narkotikin qanunsuz dövriyyəsinin qarşısı alınıb

01.05.2025

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə fasiləsiz davam etdirilir. Qaradağ rayonunda keçirilən növbəti əməliyyat zamanı  41 yaşlı Qubad Məmmədov tutulub. Onun narkotiklərin qanunsuz dövriyyəsi zamanı istifadə etdiyi gizli saxlanc yerindən 14 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 3 kiloqram 300 qram psixotop maddə metamfetamin aşkarlanıb. 

Q.Məmmədov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Suraxanı rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib. 

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Youtube linki - https://www.youtube.com/watch?v=_nJqUZlSHFY

 

01.05.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 62 cinayətin açılması təmin olunub 01.05.2025
  • Yasamal rayonunda oğurluq edən 2 şəxs saxlanılıb 01.05.2025
  • İşlədiyi evdən oğurluq edən usta saxlanılıb 01.05.2025
  • Xəzər və Səbail rayonlarında oğurluq edən şəxslər saxlanılıb 01.05.2025
  • Polis narkotiklərə qarşı əməliyyatlar keçirib 01.05.2025
  • Sumqayıt və Suraxanıda silah-sursat aşkarlandı 01.05.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 01.05.2025
  • Dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib 01.05.2025
  • Ümumi çəkisi 13,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb 01.05.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 01.05.2025
  • DİN BNMİ-dən növbəti əməliyyat- 17 kq narkotikin qanunsuz dövriyyəsinin qarşısı alınıb 01.05.2025