Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Binəqədi rayonunda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar

24.04.2025

Binəqədi rayonu ərazisində bir nəfərə məxsus “BYD” markalı avtomobildən içərisində 2852 manat olan pulqabı və mobil telefon oğurlanıb.
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 37 yaşlı T.Salahov saxlanılıb.
Rayon ərazisində daha bir analoji hadisə qeydə alınıb. Aprelin 24-nə keçən gecə bir nəfərə məxsus “VAZ-2107” markalı avtomobildən 750 manat dəyərində maqnitofon və 4 səsgücləndirici oğurlayan, əvvəllər məhkum olunmuş 35 yaşlı N.Vəliyev də saxlanılıb.
Bundan başqa, Nəsimi və Nərimanov rayonlarında 2 nəfərə məxsus velosipedləri qaçırmaqda şübhəli bilinən 47 yaşlı Ə.Məşədiyev və 16 yaşlı yeniyetmə saxlanılıb.
Araşdırmalar aparılır.

24.04.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 53 cinayətin açılması təmin olunub 24.04.2025
  • Xəzər və Xətai rayonlarında oğurluq edən 3 şəxs saxlanılıb 24.04.2025
  • Binəqədi rayonunda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar 24.04.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 24.04.2025
  • Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib 24.04.2025
  • Ümumi çəkisi 8,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 24.04.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 24.04.2025