Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Polis Nərimanovda gecə saatlarında məişət səs-küyü normalarına əməl etməyən ictimai iaşə obyektlərində tədbir keçirib

14.04.2025

Paytaxtın Nərimanov rayonu ərazisində yaşayan bir qrup sakin polisə müraciət edərək gecə saatlarında yaşayış ünvanlarının yaxınlığında yerləşən ictimai iaşə obyektlərində yaranan məişət səs-küyünun onları narahat etməsi ilə bağlı şikayətlərini bildiriblər. Bu istiqamətdə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qeyd edilən ünvanlarda fəaliyyət göstərən kafe-restoran, əyləncə mərkəzləri və digər ictimai iaşə obyektlərində profilaktik tədbir keçirilib. Nəticədə bir neçə obyektin gecə saat 00:00-dan sonra məişət səs-küyü ilə bağlı mövcud olan qanunvericiliyin tələblərini pozduğu aşkar edilib. Həmin ictimai iaşə obyektlərində yüksəksəsli musiqi dayandırılıb və obyekt sahibləri ilə profilaktik söhbətlər aparılıb. Həmin şəxslər inzibati protokollar tərtib edilməklə cərimələniblər. Bu cür halların təkrarlanacağı təqdirdə barələrində daha sərt tədbirlərin görüləcəyi obyekt sahiblərinin diqqətinə çatdırılıb.
Polis əməkdaşları tərəfindən məişət səs-küyü ilə bağlı qəbul edilən normalara əməl olunması üzrə nəzarət tədbirləri davam etdirilir.


Youtube linki - https://www.youtube.com/watch?v=UNXYygEFgvI

 

14.04.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 30 cinayətin açılması təmin olunub 14.04.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 14.04.2025
  • Axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib 14.04.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir 14.04.2025
  • Sumqayıtda piyadalar arasında yol hərəkəti qaydalarının təşviqi işinə könüllü gənclər də cəlb olunublar 14.04.2025
  • Polis Nərimanovda gecə saatlarında məişət səs-küyü normalarına əməl etməyən ictimai iaşə obyektlərində tədbir keçirib 14.04.2025