Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Tovuz rayon sakini R.Qasımovun həmyerlisi C.Həsənov tərəfindən qətlə yetirilməsi müəyyən edilmişdir

18.08.2008

   Avqustun 18-də Tovuz rayonunun Dondar Quşçu kəndində, Tovuz çayının sahilində 30-35 yaşlı küt alətlə qətlə yetirilmiş kişi meyiti tapılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində meyitin şəxsiyyəti müəyyən edilmiş, o, Tovuz rayon sakini Rizvan Qasımov olmuşdur. Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Qasımovun avqustun 17-də Aşağı Öysüzlü kənd sakini Camal Həsənov tərəfindən münaqişə zəminində qətlə yetirilməsi müəyyən edilmişdir. C.Həsənov tutulmuşdur.