Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nərimanov rayonunda oğurluq edən 2 şəxs saxlanılıb

04.04.2025

Nərimanov rayonu ərazisində bir nəfərin “KamAZ” markalı avtomobilindən 850 manat dəyərində 2 ədəd akkumulyatorun oğurlanması barədə polisə məlumat daxil olub.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı F.Rəcəbov müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, rayon ərazisində yerləşən idman zallarının birində bir nəfərə məxsus içərisində 4000 manat, sürücülük vəsiqəsi və bank kartları olan pulqabını oğurlamaqda şübhəli bilinən 38 yaşlı M.Rəhimovanın saxlanılması da təmin edilib.
Araşdırmalar aparılır.

04.04.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması təmin olunub 04.04.2025
  • Polis Nəsimi rayonunda narkotik vasitə aşkarladı 04.04.2025
  • Sumqayıt şəhərində evlərdən silsilə oğurluq edən şəxslər saxlanılıb 04.04.2025
  • Nərimanov rayonunda oğurluq edən 2 şəxs saxlanılıb 04.04.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 04.04.2025
  • Axtarışda olan 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib 04.04.2025
  • Əməliyyat tədbirləri ilə narkotik vasitə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb 04.04.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir 04.04.2025
  • DİN BNMİ-dən növbəti əməliyyat: 20 kq narkotik vasitə aşkarlandı 04.04.2025