Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

17.08.2008

   Yardımlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sırıq kənd sakinləri Yaşar Ağayev və Alçabulaq kənd sakini Əbülfət Yusubovdan 1 kiloqram tiryək götürülmüşdür. Onlar izahatlarında narkotik vasitəni İran ərazisindən qaçaq yolu ilə gətirdiklərini bildirmişlər.

   Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Mühafizə İdarəsi və Biləsuvar RPŞ əməkdaşları rayon sakini Ayaz Alməmmədovdan 2 qram heroin, ona məxsus "VAZ-21011" markalı avtomaşına baxış zamanı 0,5 qram heroin, Yasamal RPİ 27-ci PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Kişiyevdən 0,257 qram heroin, Xətai RPİ 37-ci PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Novruzovdan 0,341 qram heroin, Abşeron RPŞ əməkdaşları Xırdalan şəhər sakini İlqar İsrafilovdan 0,317 qram heroin götürmüşlər.