Dəvəçi rayonu ərazisində 1 nəfərin ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi
16.08.2008Saat 17.45 radələrində Dəvəçi rayonu ərazisində, rayon sakini Rübail Məmmədov "Opel" markalı avtomaşını idarə edərkən onu ağaca vurmuş, sonradan idaretməni itirərək aşırmışdır. Nəticədə xəsarətlə xəstəxanaya aparılan R.Məmmədov yolda ölmüşdür. Dəvəçi RPŞ tərəfindən araşdırmalar aparılır.