Şamaxı rayonundakı N.Nərimanov küçəsində yol-nəqliyyat hadisəsi
16.08.2008Saat 22.00 radələrində Şamaxı rayonundakı N.Nərimanov küçəsində Bakı şəhər sakini Şahin Babayevin idarə etdiyi "Toyota" markalı və Laçın rayon sakini Zakir Vəliyevin idarə etdiyi "VAZ-2104" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə Z.Vəliyev hadisə yerində ölmüş, Ş.Babayevin xəsarət almış sərnişini, Bakı şəhər sakini Türanə Xəlilova xəstəxanaya yerləşdirilmişdir. Şamaxı RPŞ tərəfindən araşdırmalar aparılır.