Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhərində evlərdən oğurluq edən şəxslər saxlanılıb

06.03.2025

Paytaxtın ayrı-ayrı rayonlarında, eləcə də Abşeron rayonunda yerləşən 4 evdən məişət və qızıl-zinət əşyalarının oğurlanması və nəticədə zərərçəkənlərə ümumilikdə 7800 manat maddi zərər vurulması barədə polisə məlumatlar daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 41 yaşlı C.Məmmədov, 50 yaşlı A.Quliyev, əvvəllər məhkum olunmuşlar – 40 yaşlı Q.Cəfərov və 24 yaşlı M.Məmmədquliyevin müəyyən olunaraq saxlanılması təmin edilib.
Bundan başqa, Binəqədi rayonu ərazisində yerləşən sexlərin birindən 1994 manat dəyərində təmir alətlərini oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 25 yaşlı T.Zeynalov və Sabunçu rayonu ərazisində bir nəfərin mopedini oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı A.Nuriyev mopedlə birlikdə saxlanılıb.
Araşdırmalar aparılır.

06.03.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 61 cinayətin açılması təmin olunub 06.03.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 06.03.2025
  • Dələduzluğa görə axtarışda olan 14 nəfər saxlanılaraq istintaqa təhvil verilib 06.03.2025
  • Ümumi çəkisi 2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 06.03.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 06.03.2025
  • Abşeron rayonunda oğurluq edən şəxs saxlanıldı 06.03.2025
  • Binəqədi rayonunda silah-sursat aşkarlanıb 06.03.2025
  • Bakı şəhərində evlərdən oğurluq edən şəxslər saxlanılıb 06.03.2025
  • Su polisləri brokonyerlərə və adı “Qırmızı kitab”a düşən çöl quşlarının ovlanmasına qarşı əməliyyatlar keçirib 06.03.2025