Ahıl yaşlı qadını aldadıb kartındakı pulu ələ keçirən və dələduzluq edən şəxslər saxlanılıb
05.03.2025Nəsimi rayonu və Sumqayıt şəhərində 3 nəfərə qarşı dələduzluq edilməsi barədə polisə məlumatlar daxil olub. Həyata keçirilən tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 54 yaşlı S.Təhməzov, 48 yaşlı A.Ramazanova və 32 yaşlı C.Cavadov müəyyən olunaraq saxlanılıblar.
Bundan başqa, Nəsimi rayonu ərazisində ahıl yaşlı bir qadının etibarından sui-istifadə edərək onun kartından 70 manat oğurlayan 32 yaşlı İ.Abdullayev də saxlanılıb.
Araşdırmalar aparılır.