Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İnternet platformalarında dələduzluq edən şəxslərə qarşı polis əməliyyatı

25.02.2025

Xəzər rayonu ərazisində bir nəfərin dələduzluğa məruz qalması və nəticədə zərərçəkənə 21 min manatdan çox maddi ziyan vurulması, eləcə də digər bir nəfərin bank kartından 580 manatının oğurlanması barədə polisə məlumatlar daxil olub.  
Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 28 yaşlı Emin Sədətquliyev, 26 yaşlı İsrayıl Cavadov və onlarla əlbir olan bir qadın müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla onların internet platformaları üzərindən oyunlar təşkil etməsi və əlavə qazanc əldə edəcəkləri vədi ilə vətəndaşları aldatması məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

25.02.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 47 cinayətin açılması təmin olunub 25.02.2025
  • İnternet platformalarında dələduzluq edən şəxslərə qarşı polis əməliyyatı 25.02.2025
  • Özünü bank əməkdaşı kimi təqdim edərək vətəndaşın adına 10 min manat kredit götürdü - polis tərəfindən saxlanıldı 25.02.2025
  • Binəqədi rayonu ərazisindən oğurluq edən şəxslər saxlanıldı 25.02.2025
  • Paytaxt ərazisindəki evlərdən oğurluq edənləri polis saxladı 25.02.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 25.02.2025
  • Dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib 25.02.2025
  • Ümumi çəkisi 6,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 25.02.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 25.02.2025