Həmkəndlisini bıçaqla qətlə yetirib hadisə yerindən qaçan Yardımlı rayon sakini tutulmuşdur
14.08.2008Avqustun 14-də Yardımlı rayonunun Yoloçaq kəndində, kənd sakini Çingiz Musayev münaqişə zəminində həmkəndlisi Yadulla Ağayevi bıçaqla qətlə yetirmişdir. Yardımlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədib hadisə yerindən qaçmış Ç.Musayev tutulmuşdur.