Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhəri və Nizami rayonunda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb

22.02.2025

Nizami rayonu ərazisində yerləşən evlərin birindən 1250 manat dəyərində qızıl-zinət əşyaları və 1000 manat maddi vəsaitin oğurlanması barədə polisə məlumat daxil olub.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı A.Alkişiyev müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, Sumqayıt şəhəri ərazisində bir nəfərin bank kartından 600 manatını oğurlamaqda şübhəli bilinən 32 yaşlı F.Məmmədovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.
Araşdırmalar aparılır.

22.02.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması təmin olunub 22.02.2025
  • Sumqayıt şəhəri və Nizami rayonunda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb 22.02.2025