Bakı şəhər sakini T.Hümbətovaya qarşı zor tətbiq edərək çantasını almış R.Novruzov tutulmuşdur
14.08.2008Saat 04.00 radələrində naməlum şəxs Yasamal rayonundakı Ş.Qurbanov küçəsində Bakı şəhər sakini Tatyana Hümbətovaya qarşı zor tətbiq edərək içərisində 6 manatı olan əl çantasını ondan almışdır. Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Ramin Novruzov tutulmuşdur.