Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
21.02.2025Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Fevralın 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 3 qumbara, 15 tüfəng, 4 patron darağı və 72 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.