Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhəri və Xətai rayonunda dələduzluq və oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb

20.02.2025

Sumqayıt şəhəri ərazisində bir nəfərin dələduzluğa məruz qalması barədə polisə məlumat daxil olub.
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 54 yaşlı Ə.Abdullayev müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla həmin şəxsin zərərçəkənin etibarından sui-istifadə edərək onunla şərikli biznes quracağı barədə yalan vədlər verdiyi və onun 20000 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirdiyi məlum olub. 
Bundan başqa Xətai rayonu ərazisində bir nəfərin bank kartından 7300 manatını oğurlamaqda şübhəli bilinən 36 yaşlı T.Abbasovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.
Araşdırmalar aparılır.

20.02.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 67 cinayətin açılması təmin olunub 20.02.2025
  • Sumqayıt şəhəri və Xətai rayonunda dələduzluq və oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb 20.02.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 20.02.2025
  • Dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib 20.02.2025
  • Ümumi çəkisi 8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb 20.02.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 20.02.2025
  • Oğurluqda şübhəli bilinənlər saxlanıldı 20.02.2025
  • Nəsimi rayonunda dələduzluq və oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb 20.02.2025