Qazax rayonu ərazisində yol-nəqliyyat hadisəsi
14.08.2008Saat 20.30 radələrində Qazax rayonunun Xanlıqlar kəndində, kənd sakini Məhəbbət Məmmədov "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu kanala aşırmışdır. Nəticədə M.Məmmədov və sərnişini, oğlu Narkom hadisə yerində ölmüşlər. Qazax RPŞ tərəfindən araşdırmalar aparılır.