Cəlilabad rayonu ərazisində yol-nəqliyyat hadisəsi
14.08.2008Saat 00.10 radələrində Cəlilabad rayonu ərazisində Biləsuvar rayon sakini Rahim Şahbazov "Mercedes" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Şahbazov orada ölmüşdür. Cəlilabad RPŞ tərəfindən araşdırmalar aparılır.