Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Binəqədi, Səbail və Nərimanov rayonlarında oğurluq edən şəxslər saxlanılıb

14.02.2025

Binəqədi rayonu ərazisində mağazalarda quraşdırılan və içərisində 5400 manat maddi vəsait olan 2 ödəmə terminalının oğurlanması barədə polisə məlumatlar daxil olub.
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı V.Hüseynov müəyyən olunaraq saxlanılıb.
Bundan başqa Səbail və Nərimanov rayonlarında yerləşən ticarət mərkəzlərində mağazaların birindən 480 manat dəyərində qızıl-zinət əşyası, həmçinin ayrı-ayrı vətəndaşlara məxsus mobil telefonlar və bank kartları oğurlamaqda şübhəli bilinən 30 yaşlı N.Kərimova, 30 yaşlı S.Əsgərov, 28 yaşlı F.Mənsimli və iki yeniyetmənin saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.
Araşdırmalar aparılır.

14.02.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 75 cinayətin açılması təmin olunub 14.02.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 14.02.2025
  • Dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib 14.02.2025
  • Ümumi çəkisi 78,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 14.02.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 14.02.2025
  • Abşeron rayonunda oğurluq və dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb 14.02.2025
  • Sumqayıt şəhərində dəniz kənarında avtomat silahı və patron aşkarlandı 14.02.2025
  • Binəqədi, Səbail və Nərimanov rayonlarında oğurluq edən şəxslər saxlanılıb 14.02.2025