Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

14.08.2008

Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Novxanı qəsəbə sakini Ağarəzi Ümüdova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 6 kiloqram olan 28 ədəd çətənə kolu, evinə baxış zamanı isə 447,2 qram marixuana aşkar edilərək götürülmüşdür.

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nəsimi RPİ əməkdaşları Əhmədli qəsəbə sakini, əvvəllər məhkum olunmuş Fuad Babayevdən 0,275 qram heroin, 20-ci PB əməkdaşları Yeni Suraxanı qəsəbə sakini Faiq Ağayevdən 0,216 qram heroin, Zaqatala RPŞ əməkdaşları rayon sakini, əvvəllər məhkum olunmuş İmran Aydayevdən 302 qram marixuana götürmüşlər.