Paytaxtın Nərimanov rayonu və Sumqayıt şəhəri ərazisində oğurluq əməlini törətməkdə şübhəli bilinən G.Dadaşova və C.Cahangirov saxlanılıb
25.01.2025Paytaxtın Nərimanov rayonu ərazisində yerləşən ticarət mərkəzlərinin birindən içərisində 2000 manat və sənədlər olan pul kisəsinin oğurlanması barədə polisə məlumat daxil olub. Nərimanov RPİ-nin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən G.Dadaşova müəyyən olunaraq saxlanılıb.
Digər bir oğurluq hadisəsi isə Sumqayıt şəhəri ərazisində olub. Belə ki, şəhər sakininə məxsus bank kartından 160 manat oğurlamaqda şübhəli bilinən C.Cahangirov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.