Abşeron rayonu ərazisində vətəndaş T.Kazımovu hədələyərək pulunu və mobil telefonunu almış şəxslərdən biri tutulmuşdur
12.08.2008Abşeron rayonunun Novxanı qəsəbəsinin ərazisində 2 naməlum şəxs Bakı şəhər sakini Taleh Kazımovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşına sərnişin qismində oturub, qəsəbə ərazisindəki qəbiristanlığa gedəcəklərini bildirmişlər. Qəbiristanlığın yaxınlığında onlar T.Kazımovu hədələyərək 10 manat pul və mobil telefonunu ondan almışlar. Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən biri - Novxanı qəsəbə sakini Qafar Əliyev tutulmuşdur.