Cəlilabad rayon sakini A.Məmmədov avtomaşınını idarə edərkən vətəndaş G.Hüseynovanı vurmuşdur
12.08.2008Avqustun 12-də saat 09.00 radələrində Cəlilabad şəhərinin ərazisində rayon sakini Arif Məmmədov "VAZ-2101" markalı avtomaşıını idarə edərkən şəhər sakin Gülçöhrə Hüseynovanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş G.Hüseynova orada ölmüşdür. Araşdırmalar aparılır.