Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
08.01.2025Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Yanvarın 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 10 avtomat silahı, 3 qumbara, 1 alışdırıcı, 39 tüfəng, 11 patron darağı və 731 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.