4 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş Bakı şəhər sakini tutulmuşdur
11.08.2008Avqustun 10-da Nərimanov rayonundakı Z.Bünyadov prospektində, dövlət qeydiyyat nişanları müəyyən edilməmiş "VAZ-2107" markalı avtomaşınla Qazax rayon sakini İsmayıl İsmayılov, İsmayıllı rayon sakinləri Qəşəm Mahmudov, arvadı Vəfa və oğlu Asif vurulmuşlar. Nəticədə İ.İsmayılov, Q.Mahmudov və arvadı Vəfa hadisə yerində, xəsarət almış Asif isə xəstəxanada ölmüşlər. Hadisəni törətmiş avtomaşının sürücüsü, Bakı şəhər sakini Ramil Quliyev Nərimanov RPİ 17-ci PB əməkdaşları tərəfindən tutulmuşdur.