Yasamal rayon sakini Abil Abdullayevə odlu silahdan xasarət yetirmiş Cəmil Ələkbərov tutulmuşdur
10.08.2008Avqustun 5-də Yasamal rayonundakı Qırmızı Şərq küçəsindən, həmin küçədə yaşayan Abil Abdullayev güllə yarası ilə xəstəxanaya gətirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində A.Abdullayevə xəsarətin Bakı şəhər sakini Zülfüqar Ələkbərov və onun qardaşı Cəmil tərəfindən yetirilməsi müəyyən edilmişdir. Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəmil Ələkbərov tutulmuş, ondan cinayətdə istifadə etdiyi "Makarov" tipli tapança, 1 ədəd patron darağı və 6 ədəd patron götürülmüşdür.