Paytaxt ərazisində quldurluq əməlini törətməkdə şübhəli bilinən L.Hüseynova və E.Nağıyev saxlanılıblar
21.12.2024Paytaxt ərazisində baş vermiş quldurluq hadisəsi barədə polisə məlumat daxil olub.
37 yaşlı kişi dekabrın 21-də gecə saat 1 radələrində Nəsimi rayonu ərazisində 2 nəfərin onu “Saipa” markalı avtomobilə mindirərək müxtəlif yerlərdə döydüklərini, saat 3 radələrində isə Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yenidən döyüb xəsarət yetirərək 120 manat pulunu, 2400 manat dəyərində mobil telefonunu və qol saatını taladıqlarını bildirib.
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 37 yaşlı L.Hüseynova və 30 yaşlı E.Nağıyev idarə etdiyi “Saipa” markalı avtomobillə birgə saxlanılıblar.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.