DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
08.08.2008Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Əzizbəyov RPİ əməkdaşları Binə qəsəbə sakini Bəşəriyyət Əkbərovdan 0,361 qram heroin, Nəsimi RPİ 21-ci PB əməkdaşları Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Manaf Paşayevdən 0,221 qram heroin, Əvəz Rəsulovdan 0,289 qram heroin, Şirvan ŞPŞ əməkdaşları Hacıqabul şəhər sakini Elçin Ocaqovdan 0,422 qram heroin götürmüşlər. Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Asif Əliyevdən 1,5 qram heroin və 6 ədəd "Temadol-Tramadol 100" həbləri götürülmüşdür. A.Əliyevə narkotik vasitəni satmış Bakı şəhər sakini Qurban Səfərov tutulmuş, ondan 1,5 qram heroin götürülmüşdür.